"Qarabağ" çox ağıllı futbolçu alıb, komandaya əsl keyfiyyət qatacaq”

01:00 Qarabağ 204
"Qarabağ" çox ağıllı futbolçu alıb, komandaya əsl keyfiyyət qatacaq”

Vaxtılə Azərbaycanda “İnter”in 5 il formasını geyinmiş Danildo Assioli hazırda Portuqaliyanın “Santa-Klara” klubunun məşqçisi kimi çalışır.

Sportinfo.az xəbər verir ki, braziliyalı sportal.az-a açıqlamasında “Qarabağ”ın yeni transferi Pedro Bikalyo haqda danışıb.

Assioli 2022/2023 mövsümündə “Santa-Klara”da oynayan Bikalyonun nəyə qadir olduğunu açıqlayıb:

"Bikalyonun "Qarabağ"a keçidindən xəbərdaram. Bikalyonun həm topla, həm də topsuz çox ağıllı futbolçudur.

Üstəlik, liderlik qabiliyyətinə malikdir, texniki cəhətdən sağlamdır, yaxşı ötürmə verə bilir, topu daşıyarkən arxadan önə doğru hərəkətlərdə güclüdür.

Bikalyo, "Qarabağ"a əsl keyfiyyət qatacaq. Təbii ki, onun "Qarabağ"a öyrəşməsi üçün zamana ehtiyacı ola bilər.

Vaxtllə "Santa-Klara"dan "Qarabağ"a keçmiş Julio Romaonun da adaptasiyaya ehtiyacı oldu. Həmin dövr keçdikdən sonra Romao çox yaxşı performans sərgilədi.

Ümidvaram ki, Bikalyonun "Qarabağ"dakı karyerası uğurlu alınacaq".

Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 18:10 Çək və bizə göndər!
23 İyun 07:20 Prezident bilirdi...