İlkin Fikrətoğlu xəbərdarlıq etdi: "Qarabağ" onunla çox irəli gedə bilməz" - VİDEO

16:00 Qarabağ 1 669
İlkin Fikrətoğlu xəbərdarlıq etdi: "Qarabağ" onunla çox irəli gedə bilməz" - VİDEO

Azərbaycan klubları növbəti avrokubok imtahanına hazırlaşır.

Artıq ilk rəqiblərimiz məlumdur. Bəs komandalarımızı Avropada hansı perspektiv gözləyir?

Başlayaq Çempinlar Liqasındakı təmsilçimiz “Qarabağ”dan.

Bu turnirin əvvəlki qrup, indiki liqa mərhələsi həmişə bizim arzumuz, hədəfimiz olub. Amma yalnız bir dəfə - 2017/2018-ci illər mövsümündə bu sevinci yaşamışıq.

“Qarabağ” bu mövsüm Çempionar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq, özü də Bakıdan çox-çox uzaqda - təxminən 4500 km aralıda. Ya İrlandiyadan “Şelburn”, ya da Şimali İrıandiyadan “Linfild”lə.

Britaniya futbolunun təmsilçiləri olsa da, bu rəqiblər “Qarabağ” ücün xüsusi təhlükəli olmamalıdır.

İrlandiya klubları İngiltərə komandalarıyla müqayisəyə gəlməz, Şotlandiyadan da “Seltik” və “Qlazqo Reyncers”ə çatmazlar.

Düzdür, “Linfild” 6 il əvvəl Avroliqanını “pley-off”unda “Qarabağ”a çətinlik yaratmışdı. Bakıda 2:1 hesablı qələbə qazanan “Qarabağ” səfərdə əsas vaxtda eyni hesbala uduzmuş, yalnız əlavə vaxtda vurulan qolla qrup mərhələsinə vəsiqə qazanmışdı.

Qurban Qurbanov da püşkdən sonrakı açıqlamasında “Linfild”lə oyunları xatırlayıb:

“Linfild” bizə tanış rəqibdir. Onlara qarşı oyunlarımız gərgin keçmişdi.

İrlandiya futbolu sürətlə inkişaf etməyə başlayıb. Çoxdandır belə komandalara qarşı oynamırıq. Hər iki komanda bəlkə də bizə uyğun olmayan rəqibdir.

Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır.

Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik

. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik.

İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.

2010/11-ci illər mövsümndə isə Ağdam klubu Şimali İrlandiyanını digər təmsilçisi “Portadun”u 2:1 və 1:1 nəticələnən iki oyunun yekununda mübarizədən kənarlaşdırmışdı.

İrlandiya təmsilçilərindən isə “Qarabağ” yalnız biri ilə - “Dandolk”la qarşılaşıb və iki oyunun nəticəsinə görə 4:1 hesablı qələbə qazanıb.

“Şelburn” və ya “Linfild”in heyətində Avropada tanınımş bir oyunçu belə, yoxdur. Yalnız “Şelburn”u çempion edən baş məqşçi Damian Daff hamıya yaxşı tanışdır.

Vaxtilə “Çelsi”, “Nyukasl”, “Fulhem” kimi Premyer Liqa klublarında oynamış 46 yaşlı Daff 2021-ci ildən “Şelbur”nun baş məşqçisidir. Onun bizim Qurban Qurbanovla qarşılaşması maraqlı olar.

Texnikalı futbolun qarşısında həmişə çətinlik çəkən irlandiyalılar bu mənada “Qarabağ”dan geri qalır. Amma onların da “Qarabağ”ın qarsısında standart vəziyyətlərdə, hava ötürmələrində üstünlüyü var.

Xüsusən də nəzərə alsaq ki, “Qarabağ”ın qapıçı və müdafiə xəttiylə bağlı rahat danışa bilmərik. “Şelburn”, yaxud “Linfild”i üstələsə belə, “Qarabağ”ın heyəti gücləndirməyə çox ehtiyacı var.

Yassin Benzia, Patrik Andrade və Marko Veşoviclə vidalaşan Azərbaycan çempionu Portuqaliya II Liqasından iki transfer edib.

Aydın məsələdir ki. tək Boltla “Qarabağ” Avropada çox gedə bilməz, komandaya uyğunlaşmaları üçün digər transfer əməliyyatları da təcili həyata keçirilməlidir.

“Qarabağ” Çempionlar Liqasında ilk oyununu iyulun 22-də səfərdə, cavab görüşünü bir həftə sonra Bakıda keçirəcək.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti