“Qarabağ” idman dünyasının tanınmış simasına jest etdi - FOTO

20:20 Qarabağ 233
“Qarabağ” idman dünyasının tanınmış simasına jest etdi - FOTO

Bakıda ilk dəfə olaraq keçirilən UFC (Ultimate Fighting Championship) turnirinin iştirakçısı Halil Rauntri (Khalil Rountree) maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, idmançı öz İnstagram sosial səhifəsində (History bölümündə) "Qarabağ"ın forması ilə şəkil qoyub.

O, paylaşımda Ağdam klubuna təşəkkürünü bildirib.

Daha öncə Halil Rauntri Bakıda yarışa hazırlaşmaqla yanaşı paytaxt küçələrini gəzməyə də vaxt tapmışdı.

O, gəzintilərdən birində “Qarabağ"ın formasını geyinmişdi. Onun başında isə Azərbaycanın milli papaq növü Buxara papaq da olub.

Rauntri Bakıdakı əsas qarşılaşmada - yarım ağır çəkidəki görüşdə ABŞ təmsilçiləri Camahal Hill (Jamahal Hill) ilə üz-üzə gəlib.

Duel 5 raund davam edib. Halil Rountri bu döyüşün qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti