
Premyer Liqa təmsilçiləri ətrafında bir səssizlik hökm sürür.
Xüsusilə də büdcəsi aşağı olan klublarında timsalında bunu hiss edirik.
Hətta edilən transferlər belə rəsmi açıqlanmır.
Sanki yeni mövsümün startına 1,5 aydan qalmır.
Amma narahatlığa ciddi əsas yoxdur.
Aşağı-yuxarı bütün klublar işini görür.
Heyətdən ayrılanlar, ediləcək yeni transferlərlə bağlı bir çox suallara cavab var.
Bəs bu qədər sükutun səbəbi nədir?
Təbii ki, səbəbsiz deyil.
Klublar bu yolla AFFA rəhbərliyinə etiraz etmək yolunu seçib.
Bildiyiniz kimi, son 3 mövsümdə elitada çıxış edən klublara 3 milyon manat dəyərində dövlət dotasiyası ayrılır.
Klub sayının 12-yə çatdırılması ilə yeni mövsümdən məbləğ 500 min manat az - 2.5 milyon manata endiriləcək. Rəsmi açıqlanmayıb, amma birbaşa AFFA rəhbəri Rövşən Nəcəf bəd xəbəri aylar əvvəl elan edib.
Aşağı büdcəli klublar üçün kifayət qədər böyük rəqəmdir.
Komandalar səssiz kənara çəkilməklə federasiyaya "bu pulla biz nə edək?" mesajını ötürməyə çalışır. Ki, son anda bəlkə fikir dəyişər, dotasiya əvvəlki illərdə olduğu qədər yerində qalar.
Plan həyata keçəcəkmi? Nəsə demək çətindir.
AFFA-nın buna cavabının necə olacağını 1 gün sonra İcraiyyə Komitəsinin keçiriləcək növbəti iclasında görəcəyik.
XANOĞLAN / SPORTİNFO.AZ