
Milli komandalara görə yaranmış iki həftəlik fasilə Premyer Liqanın 6-cı turu ilə başa çatdı.
Turun açılış oyununda "Zirə" "Sumqayıt"ı məğlub etdi - 1:0.
Turun qarşılması isə sabah keçiriləcək.
Ötən mövsümün çempionu "Qarabağ" "Sabah"ı qonaq edəcək.
Son illər iki klub arasında matçlar kifayət gərgin keçməsi ilə yadda qalır.
Maraqlıdır, bu dəfə bizi nələr gözləyə bilər?
Sualımıza cavab tapmaq üçün uz tutduq futbol mütəxəssisi Aslan Kərimova.
Ağdamlıların veteran yarımmüdafiəçisi sorğumuza cavab olaraq bunları dedi:
"Son 2-3 ildə "Qarabağ", "Neftçi" və "Sabah" arasındakı oyunlar çempionatın gözoxşayan qarşılaşmalarına çevrilir. "Sabah" isə son illər "Qarabağ"a daha çox təzyiq edən, bəzən hətta udan komandadır.
İndiki halda turnir cədvəli göstərir ki, "Qarabağ" özünə xas olmayan yerdədir. Arxada qalan görüşlər çoxlu xallar itiriblər.
"Zirə"yə məğlubiyyət, "Kəpəz"lə bərabərlik gözlənilməz oldu. Düşünmürəm ki, son 10 ildə "Qarabağ" startda belə xallar itirsin. Bu da görüşün gərgin keçəcəyindən xəbər verir.
Düzdü, komanda əsas heyətlə oynamamasının sayəsində xallar itirib. Kollektiv iki cəbhədə vuruşur.
Düşünürəm ki, "Qarabağ" bu dəfə görüşə tam heyətlə çıxacaq. Bu da komandanın qələbə faizini artırmış olur.
Bütün faktorları müqayisə edərkən düşünürəm ki, qalib tərəf "Qarabağ" olacaq. Bu dəfə itiriləcək xal və ya xallar çempionluq mübarizəsində əməlli-başlı geriyə atılan addım sayıla bilər.
Bu görüş çempionluq yarışının ilk toxumlarıdır. Burada itirilən xallar sonrakı turlar böyük çətinlik yarada bilir.
Həm də nəzərə alaq ki, "Qarabağ" qrup mərhələsində oynayacaq. Həmin dönəm yenə rotasiyalar olacağı halda daxili oyunlarda işlər çətinə düşə bilər.
Ona görə ağdamlılar bu oyunda nəyin bahasına olsa qalib gəlməyə çalışacaq. "Sabah" isə ötən mövsümlə müqayisədə ciddi itkilər alıb.
Kaşuk və Mikelsin olmaması qol vurmaq effektini xeyli aşağı salıb.
Adıçəkilən iki oyunçu ötən mövsüm çox qol vurmuşdu. Yenilərin nə dərəcədə kömək edə biləcəyini oyunda görəcəyik".
XANOĞLAN / SPORTİNFO.AZ