“Zirə” 10 nəfərlə qələbə qazandı, liderliyini möhkəmlətdi

15 Sentyabr 2023 19:00 Premyerliqa 768
“Zirə” 10 nəfərlə qələbə qazandı, liderliyini möhkəmlətdi

Bu gün Premyer Liqada 6-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Lider "Zirə" öz meydanında "Sumqayıt"la qarşılaşıb. Rəşad Saıqovun komandası matçın 11-ci dəqiqəsində azlıqda qalsa da, oyundan qələbə ilə ayrılıb - 1:0.

Bu qələbə ilə xallarını 12-ə çatdlran "Zirə" liderliyini möhkəmləndirib.

Turun digər oyunları isə sentyabrın 16-da və 17-də keçiriləcək.

15 sentyabr (cümə)

17:00. "Zirə" – "Sumqayıt" 1:0

Qol: Məqsəd İsayev, 45+1

Qırmızı vərəqə: Pyer Zebli, 11 ("Zirə"), Samir Abasov, 27 (baş məşqçi, "Sumqayıt", 2-ci sarı vərəqə)
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 12. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 10. Kamran Aliev, 18. Kristian Velinovski, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...