
Məşhur transfermarkt saytı Azərbaycan Premyer Liqası ilə bağlı maraqlı araşdırma aparıb.
Burada ölkəmizdə çıxış edən ən dəyərli 5 legionerin adı açıqlanıb.
Siyahıya "Neftçi"nin 3, "Qarabağ"ın 2 əcnəbi futbolçusu daxildir. Bakılıların bu yay sıralarına qatdığı Andre Şinyaşiki ilk sırada gəlir.
Braziliyalı hücumçuya 3 milyon avro qiymət qoyulub. İkinci yerdə "ağ-qaralar"ın daha bir "sambaçı"sı Yuri Matias gəlir.
Paytaxt təmsilçisinin Buxarest "Rapid"indən transfer etdiyi müdafiəçinin dəyəri 1,8 milyon avro olaraq qiymətləndirilib.
Leverkuzen "Bayer"ini "Qarabağ"a dəyişən rusiyalı qapıçı Andrey Lunyovun qiyməti 1,2 milyon avro həddindədir.
Son mövsumü "Ximki"də (Rusiya) keçirmiş rusiyalı vinger Rezuan Mirzov "Qarabağ"ın fransalı yarımmüdafiəçisi Yassin Benzia ilə birgə dördüncü-beşinci yerləri bölüşdürür. Hər ikisinin dəyəri 1 milyon avro göstərilib.
SPORTİNFO.AZ