Qurban Qurbanovla Mahir Emreli bir arada - HƏMİN SİYAHI

5 Avqust 2022 03:40 Premyerliqa 3 024
Qurban Qurbanovla Mahir Emreli bir arada - HƏMİN SİYAHI

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünə bu həftə start veriləcək.

Sportinfo.az xəbər verir ki, PFL-in rəsmi saytı 31-ci ölkə çempionatının startı ərəfəsində əvvəlki 30 mövsümün 30 ən yaxşı bombardirini təqdim edib.

Bu göstəricidə mütləq rekord 183 qol vuran Nazim Əliyevdədir. O, ən yaxın izləyicisi Müşfiq Hüseynovu 68 top qabaqlayır. Ümumilikdə, 10 futbolçu 100 və daha çox qol vurmağı bacarıb.

​Karyerasını Premyer Liqada davam etdirənlərdən yalnız Rauf Əliyev “Top-30”dadır. O, 63 qolla 26-cıdır.

Zaqreb “Dinamo”sunda legioner həyatı yaşayan Mahir Emreli də 59 topla cədvəldə yer alıb.

Xəbər Lenti