“Təəssüf, bundan sonra o qədər də şans alan deyillər"

9 İyun 2022 16:40 Premyerliqa 766
“Təəssüf, bundan sonra o qədər də şans alan deyillər"

"5 əvəzetmə qərarı olmalı idi, bunun cavan yerli futbolçulara xeyri dəyə bilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq müdafiəçisi İlqar Qurbanov deyib.

İnişil karyerasını “Sumqayıt”da başa vuran, ondan bəri AFFA-da menecer işləyən “Fənərbaxça”nın yetirməsi Premyer Liqada əvəzetmə sayının 3-dən 5-ə qaldırılması haqda İcraiyyə Komitəsinin seçimini doğru qərar sayıb.

Bununla yanaşı, o, yerli futbolçularla bağlı üzüntüsünü dilə gətirib:

“Yəqin ki, "Kəpəz", "Turan Tovuz" və "Səbail"də azərbaycanlı gənclər çox olacaq. Amma gənc futbolçular üçün ən yaxşı fürsət son 15 ildə yaradılmışdı.

Ondan da çox az sayda gənc bundan istifadə edə bildi. Demək olar üzərlərində o qədər çox işləmədilər.

Düşünürdülər ki, onsuz da, limit var və oynayacaqlar. Oynadığım dövrdə də belə rahatlığı onlarda görürdüm.

Daha çox cavanlara təəssüflənirəm ki, bundan sonra o qədər də şans alan deyillər".

Xəbər Lenti