"Neftçi"nin sabiq rəhbər şəxsi komadan ayıldı

2 İyul 2020 13:12 Neftçi 762
"Neftçi"nin sabiq rəhbər şəxsi komadan ayıldı

Sportinfo.az xəbər verir ki, iki gün əvvəl EKMO cihazından ayrılıb süni nəfəs aparatına qoşulan "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə komadan ayılıb.

Bu barədə "qafqazinfo"ya Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O qeyd edib ki, B.Bağırzadənin huşu yerindədir: "İnşallah, yaxın günlərdə vəziyyətinin daha da yaxşılaşmasına ümid edirik".

Daha əvvəl koronavirusdan müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.

Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti