"Neftçi"dən ayrıldı, bir az şübhəli danışdı - MÜSAHİBƏ

18 Yanvar 2020 00:42 Neftçi 917
"Neftçi"dən ayrıldı, bir az şübhəli danışdı - MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, bugünlərdə "Neftçi"ylə müqaviləsini pozaraq "Kolos"a keçən Kiril Petrov Ukrayna mətbuatına danışıb.

- "Kolos" ilə müqavilə bağlayaraq Ukraynaya qayıtdın. Niyə "Neftçi"dəki çıxışını bitirməyə qərar verdin?
- "Neftçi" ilə müqaviləm may ayına qədər nəzərdə tutulsa da, klubla anlaşmanı ləğv etmək qərarına gəldik. Bəzi nüanslar var idi, amma bir-birimizin əlini sıxdıq və evə qayıtmaq istədim. "Kolos" variantı yarananda, hər şey çox tez həll olindu. Ruslan Kostışin ilə telefonda danışdıq və bu komandanın təklifini qəbul etməyə razılaşdım.

- Azərbaycandakı çıxışından sonra hansı xatirələr qalacaq?
- Müsbət. Çox səviyyəli insanlarla tanış oldum. Möhtəşəm ölkə, xeyirxah və istiqanlı insanlar. Orada narahatlıq hiss etmədim, hər şey super idi. Azərbaycanda futbol da yaxşı səviyyədədir, lider yerlər uğrunda mübarizə aparırdıq. Bu mövsüm Avropa Liqasında oynadıq. Moldova komandasını keçdik, sonra Tula "Arsenal"ını. Yalnız israilllilərlə dueldə büdrədik, onlar da "Malmö"ylə görüşdü. Beləliklə, bu "setka"dan qrupa düşsəydik, Kiyev "Dinamo"suyla birgə oynayardıq.

- Azərbaycan çempionatının səviyyəsi layiqlidi?
- Yetərincə. Çempionat legionerlərin hesabına dayanır. Əlbəttə, "Qarabağ" liderdir, ancaq qalanları da çalışır, müqavimət göstərir. Azərbaycan komandalarında çox sayda texniki oyunçu var, topla işləməyi yaxşı bilirlər. Onların çempionat səviyyəsini bizimlə müqayisə etmək üçün əvvəlcə burada oynamalı, sonra nəticə çıxarmalısan. Hər halda Ukraynanı tərk etməyimdən kifayət qədər vaxt keçib.

- Azərbaycanda başqa ukraynalılarla tanış oldun?
- Tez-tez Saşa Rıbka ilə yollarımız kəsişirdi, Çünki eyni şəhərdə yaşayırdıq, Vitali Kvaşuk vaxtilə burada oynamışdı. "Qəbələ"də də əvvəllər ukraynalılar var idi.

- Digər klubların təklifləri nəzərə almadın?
- Avropadan variantlar var idi, amma yüz faiz deyildi. Mən də dəqiqlik istədim. Bəli, ürəyim Ukraynaya qayıtmağa daha çox yatırdı. Hər halda ailə burada idi. Uşaqlar böyüyür, mən də Bakıda - uzaqda idim. Buna görə fikirlərim məni evdə dartırdı.

Digər Xəbərlər
Xəbər Lenti