“Beşiktaş”lı funksionerin “Neftçi”yə təyinatını xəbər verdik, özü də təsdiq etdi

28 Sentyabr 2024 09:40 Neftçi 719
“Beşiktaş”lı funksionerin “Neftçi”yə təyinatını xəbər verdik, özü də təsdiq etdi

“Neftçi”də yeni təyinatın olmasından məlumatlısız.

Dünən bu haqda oxucularımıza xəbər vermişik.

Qeyd etdiyimiz kimi, klubun yeni marketinq rəhbəri türkiyəli Kaan Cem Gültəkin olacaq.

Paytaxt klubunun baş icraçı direktoru Cenk Sümer həmyerlisini yanına gətirir. Onlar vaxtilə “Beşiktaş”da da birgə çalışıb.

“Neftçi” bu təyinatı oktyabrın əvvəlində elan etməyi düşünürdü.

Gültəkin özü bu barədə paylaşım etməklə klubu qabaqlayıb. O, sosial şəbəkə hesabında təyinatıyla bağlı foto yerləşdirib.

Ona qədər bu vəzifəni Aysu İbrahimli icra edib. 2023-cü ilin yayında klubda işə başlamış bu xanım bir neçə ay öncə AFFA-ya üz tutub.

İndi də federasiyada müvafiq vəzifəni icra etməkdədir. Aprelin 2-də qurumun prezidenti seçilən Rövşən Nəcəfin ardınca AFFA-nın yolunu tutub.

Çünki onun adamıdır. Yaddan çıxarmayaq ki, İbrahimli «Neftçi»yə də elə Nəcəfin vasitəsilə gəlmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...