Fatih Terimin yaxınları açıqladı - O, "Neftçi"yə gəlirmi?

5 Oktyabr 2024 13:20 Neftçi 6 458
Fatih Terimin yaxınları açıqladı - O, "Neftçi"yə gəlirmi?

Türkiyənin ünlü məqçisi Fatih Terimin karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.

Bəzi məlumatlara görə, "Neftçi" rəhbərliyi təcrübəli mütəxəssislə maraqlanır. Hətta yaxın zamanda tanınmış məşqçi ilə görüşün baş tutacağından da bəhs olunur.

Sportinfo.az xəbər verir ki, Fatih Terimə yaxın mənbələr modern.az-a açıqlamasında onun "Neftçi"də çalışa biləcəyi barədə xəbərlərə belə reaksiya verib:

"Neftçi" ilə bağlı yayılan məlumatları biz də sizin kimi mətbuatdan, daha çox sosial mediadan izlədik. Belə bir görüş, yaxud sözləşmə müzakirə olmayıb.

Amma Azərbaycan millisi ilə bağlı müəyyən müzakirələr var. Fatih Terim də Azərbaycan millisində çalışmaqda maraqlıdır. Bu, onun üçün milli bir işdir".

Mənbə Terimə hazırda bir çox fərqli təkliflər gəldiyini də qeyd edib.

Xatırladaq ki, Azərbaycan millisi bu ilin iyununda portuqaliyalı baş məşqçisi Fernandu Santuşa tapşırılıb və onunla 3+1 illik müqavilə imzalanıb.

AFFA Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyub.

"Neftçi"nin baş məşqçisi isə ukraynalı Roman Qriqorçukdur.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i