"Neftçi"də yenə iclas olacaq - Hesabat verəcəklər

2 Oktyabr 2024 10:40 Neftçi 2 161
"Neftçi"də yenə iclas olacaq - Hesabat verəcəklər

«Neftçi»nin məşqçi və futbolçuları klub rəhbərliyinə hesabat verəcək.

Müşahidə Şurasının üzvlərinin gələn həftə onlarla görüşü gözlənilir.

Yığıncaqda cari mövsümün gedişatı müzakirə olunacaq. Premyer Liqanın ilk dövrəsinə qiymət veriləcək.

Burada bəzi mühüm qərarların çıxarılması da istisna edilmir.

«Ağ-qaralar» çempionatın geridə qalan hissəsində 8 tur oynayıb və hələ də qələbə qazana bilməyib.

Bu müddətdə 5 heç-heçə əldə edən paytaxt təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...