«Neftçi»nin baş məşqçisi Roman Qriqorçuk «Sumqayıt»la matçdan (1:1) sonra futbolçuları sərt tənqid edib.
Ukraynalı mütəxəssis Premyer Liqanın 8-ci turunda keçirilən qarşılaşmanın nəticəsindən narazılığını paltardəyişmə otağında dilə gətirib.
Yayda komandanın sükanı arxasına keçmiş çalışdırıcı hələ də qələbə qazana bilmədiklərinə inanmağa çətinlik çəkdiyini, yaranmış vəziyyətdən şok keçirdiyini söyləyib.
Qriqorçuk qeyd edib ki, yaradılan qol vəziyətlərinin qaçırılması inanmazdır və o, karyerası ərzində ilk dəfə belə period yaşayır.
Sabiq «Qəbələ»li əvvəl işlədiyi klubların heç birində belə durumla üzləşmədiyini xatırladıb, futbolçulardan məsuliyyətli olmalarını tələb eləyib.
SPORTİNFO.AZ