"Mançester Yunayted", "Fənərbaxça", "Spartak" və "Neftçi" “birləşdi” - VİDEO

25 Sentyabr 2024 16:40 Neftçi 2 515
"Mançester Yunayted", "Fənərbaxça", "Spartak" və "Neftçi" “birləşdi” - VİDEO

“Dünyada çox imkanlı olub, amma heç cür düzələ bilməyən klublar var”.

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”nin mövsümə qalibiyyətsiz davam etməsindan danışıb.

Tanınmış teleşərhçi Premyer Liqada uğura həsrət qalan “ağ-qaralar”la "Mançester Yunayted", "Fənərbaxça" və "Spartak" arasında paralellər aparıb.

Bildirib ki, Avropa futbolunun tanınan klubları belə hallarla üzləşirlər və oxşar taleyi yaşayırlar.

Abbasov qeyd edib ki, pul futbolda böyük önəm daşıyır, çox məsələni aşırır, amma bütün öproblemləri aradan qaldırmır, ələlxüsus da nəticə mənasında.

Ekspert Roman Qriqorçukun baş məşqçi postuna təyinatının hələlik mənfi tendensiyanın qarşısını almadığını vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...