Qriqorçuk hansı addımı atacaq?

25 Sentyabr 2024 22:20 Neftçi 2 605
Qriqorçuk hansı addımı atacaq?

Uğursuz nəticələrdən başı açılmayan "Neftçi"də kapitanlıqla bağlı qalmaqal davam edir.

Bildiyiniz kimi, bir neçə gün əvvəl baş məşqçi Roman Qriqorçuk son 6 ildə komandanın kapitanı olmuş Emin Mahmudovu səlahiyyətindən məhrum etdi.

Bazubəndi bundan sonra Ramil Şeydayev qoluna tapacaq.

Ukraynalı mütəxəssisin atdığı addım birmənalı qarşılanmayıb.

Azarkeşlərin əksəriyyəti qərarla razı deyil.

Heyətdəki futbolçuların bir çoxu da Mahmudova qarşı haqsızlıq olunduğunu düşünür.

Digər tərəfdən onlar Şeydayevlə bağlı xoş düşüncədə deyillər.

Düşünürlər ki, Emindən alınan sarğı Şeydayevə verilə bilməz.

Yayda düşərgəyə qoşulan sabiq "Qarabağ"lı kapitanlığı qəbuledilməzdir.

Klub daxilində gedən müzakirələrdən baş məşqçi xəbərsiz deyil.

Belədə Qriqorçuk çarəsiz duruma düşüb.

O, verdiyi qərardan geri addım atmağı özünə sığışdırmırsa, azarkeş və futbolçuların təzyiqi altında çalışmağı mümkünsüz olduğunu yaxşı başa düşür.

Belədə əcnəbi çalışdırıcının hansı addımı atacağı maraqlıdır. Gözləyək...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...