"Neftçi"dən Emin Mahmudova ŞOK TƏKLİF! – SON DƏQİQƏ

24 Sentyabr 2024 10:40 Neftçi 16 368
"Neftçi"dən Emin Mahmudova ŞOK TƏKLİF! – SON DƏQİQƏ

2017-ci ildən «Neftçi»nin formasını geyinən Emin Mahmudovun buranı tərk etmək ehtimalı güclənib.

Yaxınlarda kapitan sarğısı əlindən alınan yarımmüdafiəçi Roman Qriqorçukun qərarından narazı qalıb.

O, bazubəndin qolundan açılmasına etirazını bir formada baş məşqçinin diqqətinə çatdırıb.

Bundan xəbər tutan rəsmilər ona öz təklifini verib - əgər bu, xoşuna gəlmədisə, oturub danışaq və müqaviləni pozaq.

Emin Premyer Liqanın son turunda meydana çıxmaq imkanı əldə etməyib. «Qarabağ»la derbini (0:4) sonadək ehtiyat skamyadan izləyib.

Güman etmək olar ki, qarşıdakı həftələrdə də belə fürsəti az-az yaxalayacaq və ya ümumiyyətlə, yaxalamayacaq.

Burada kapitan artıq Ramil Şeydayevdir. Almaniyalı Robert Bauer və braziliyalı Yuri Matias vitse-kapitan təyin olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...