“Neftçi”də nədənsə gileylənməyə haqqımız yoxdur, bir az bəxtsizik”

23 Sentyabr 2024 22:20 Neftçi 1 511
“Neftçi”də nədənsə gileylənməyə haqqımız yoxdur, bir az bəxtsizik”

“Yüksək keyfiyyətli futbolçularımız var”,

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Höccət Haqverdi deyib.

Azərbaycan yığmasının da şərəfini qoruyan arxa xətt oyunçusu bəxtsizlikdən şikayətlənib:

“Klubda maaşlar vaxtında verilir, hər cür şərait yaradılıb. Baş məşqçimiz kifayət qədər təcrübəlidir.

Nədənsə gileylənməyə haqqımız yoxdur. Bir oyunu udsaq, özünəinam yaranacaq, hər şey yaxşı olacaq.

Bir az da bəxtsizlik var. “Zirə”nin birinci qolunu gördüz.

Top ayağıma dəyib qapıçının başı üzərindən qapıya daxil oldu. Ayağıma dəyməsəydi, Rza o topu tutacaq, hesab da elə erkən açılmayacaqdı”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...