"Neftçi" rəhbərliyi komandanı bir yerə yığdı, mühüm qərarlar verildi

23 Sentyabr 2024 14:00 Neftçi 5 067
"Neftçi" rəhbərliyi komandanı bir yerə yığdı, mühüm qərarlar verildi

«Neftçi»də klubdaxili toplantı təşkil olunub.

Müşahidə Şurasının bir neçə üzvünün başçılığıyla keçirilən iclasda əsas komandanın məşqçi korpusu və futbolçuları iştirak edib.

Burada Premyer Liqanın geridə qalan turları geniş müzakirə olunub. Hələ də qələbə qazana bilməyən, cəmi 4 xal toplaya bilən oyunçular yönətimin haqlı sərt tənqidlərini eşidib.

Şura üzvləri kollektivə hər cür şərait yaradıldığını, öhdəliklərin tam yerinə yetirildiyini, bunun qarşılığını isə meydanda görmədiklərini bildiriblər.

Onlar Roman Qriqorçuku dəstəklədiklərini açıqlayıblar.

Klubun qərarverici şəxsləri elan eləyib ki, baş məşqçinin fəaliyyətində bir qüsur görmürlər, o, öz üzərinə vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır, amma futbolçular verilən tapşıqıları lazımı səviyyədə icra etmirlər.

Səlahiyyətli simalar ukraynalı mütəxəssisin işində qalacağını, onu yenə də dəstəkləyəcəklərini söyləyiblər.

Xatırladılıb ki, azarkeşlər «Neftçi»dən həmişə qələbə gözləyir və bu, onların haqqıdır. Fanatların ümidlərini doğrultmağın vacib olduğunu vurğulayan şura üzvləri deyib ki, növbəti turdan etibarən qələbələr sıralanmalıdır.

Xəbərdarlıq edilib ki, Qriqorçukun etimadını doğrultmayanlar əsas komandadakı yerini itirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...