"Neftçi" ailəsindən Emin Mahmudova BÖYÜK DƏSTƏK!

23 Sentyabr 2024 19:00 Neftçi 3 215
"Neftçi" ailəsindən Emin Mahmudova BÖYÜK DƏSTƏK!

Nəhayət, "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov kapitanlığın ondan alınmasından sonra sükutu pozdu.

"8 nömrə" öz instaqram səhifəsində izləyicilərinə aşağıdakı mətnlə müraciət etdi:

"Bildiyiniz kimi, artıq “Neftçi”nin kapitanı deyiləm. Altı il ərzində bu kluba kapitanlıq etmişəm və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da, sevincli anlar da, kədərli anlar da az deyil. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün əlimdən gələn qədər çalışdım. Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək görmüşəm, buna görə də hər birinizə təşəkkür edirəm".

Demək olar ki, paylaşıma rəy yazan bütün azarkeşlər Mahmudova dəstək nümayiş etdirib.

Onların arasında "Neftçi"nin sabiq və indiki futbolçuları da yer alıb.

Ağadadaş Salyanski ("Neftçi"nin forvardı): "Gözəl insan".

Rüstəm Allahverdiyev (Klubun mətbuat xidmətinin sabiq rəhbəri): "Sən "Neftçi" ailəsinin əsl kapitanısan, qardaşım. Çempionluğu demirəm, 2-ci, 3-cü yeri demirəm, gəlib 4-cü yerə çıxarsınlar gəmini, ondan sonra kapitanlıqdan danışsınlar. Əsas özünə yaxşı bax. "Neftçi" ailəsinin həmişə sənə ehtiyacım var".

Fərid Yusifli ("Turan"da çıxış edən "Neftçi"nin yetirməsi): "Kapitanlıq sarğı ilə olmur, kapitan".

Qara Qarayev: "Kapitan qardaşım".

İsmayıl Zülfüqarlı ("Turan"da çıxış edən "Neftçi"nin yetirməsi): "Gözəl insan, əfsanə kapitan".

Eddi İsrafilov (sabiq "Neftçi"li): "Mənim üçün hələ də kapitansan".

Yeqor Boqomolski və Kilan Lebon isə sabiqlərdən Mamadu Emboc, İvan Brkiç, Tiaqo Bezerra, Lukas Melano və Ata Caberə qoşularaq ürək emojisi atmaqla Eminə mənəvi dəstək nümayiş etdiriblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti