Emin Mahmudov: “Bəzən alınmadı, amma mən əlimdən gələni etdim”

22 Sentyabr 2024 09:00 Neftçi 962
Emin Mahmudov: “Bəzən alınmadı, amma mən əlimdən gələni etdim”

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov kapitanlığın özündən alınmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

“Bildiyiniz kimi, artıq “Neftçi”nin kapitanı deyiləm. Altı il ərzində bu kluba kapitanlıq etmişəm və bununla qürur duyuram.

Bu müddətdə çətin anlar da, sevincli anlar da, kədərli anlar da az deyil. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün əlimdən gələn qədər çalışdım.

Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək görmüşəm, buna görə də hər birinizə təşəkkür edirəm”.

Komandanın yeni kapitanı Ramil Şeydayevdir. Vitse-kapitanlar isə Robert Bauer və Yuri Matias olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...