“Neftçi”nin yeni transferi açıq danışdı: "Qarabağ” Avropa səviyyəsindədir”

22 Sentyabr 2024 00:40 Neftçi 2 516
“Neftçi”nin yeni transferi açıq danışdı: "Qarabağ” Avropa səviyyəsindədir”

“Neftçi”nin müdafiəçisi Mustafa Sek Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”a məğlubiyyəti (0:4) şərh edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı legioner Ağdam klubuna məğlubiyyət haqda bunları deyib:

"Qarabağ” Avropa səviyyəsində olan çox güclü rəqibdir. Buna baxmayaraq, ən yaxşı tərəfimizi göstərmək və yaxşı nəticə qazanmaq istəyirdik.

Lakin bunu etmək mümkün olmadı. Təəssüf ki, turnir cədvəlindəki mövcud vəziyyət bizi qane etmir.

Ancaq bu da, ruhdan düşmək üçün səbəb deyil. Bu vəziyyətdən yalnız özümüz çıxa bilərik.

Hələ ki, hər şey itirilməyib. Düşünürəm ki, bir uğurlu oyun və nəticə hər şeyi kökündən dəyişəcək".

"Neftçi" 7 turdan sonra 4 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...