"NEFTÇİ": Olmur, indi nəyi gözləyirsiz? - VİDEO

21 Sentyabr 2024 14:40 Neftçi 1 781
"NEFTÇİ": Olmur, indi nəyi gözləyirsiz? - VİDEO

“Hər şey göründüyü kimidir - Olmur, olmayacaq da.

Roman Qriqorçukun “Neftçi”yə nə futbol oynatmaq istədiyini biri çıxıb izah eləsin, Allah eşqinə...

Bəlkə biz futbolu bilmirik, bizdən daha ağıllıdı? Klub rəhbərliyində, idarəetmədə ciddi dəyişiklik göz önüdədir.

Ancaq meydanda nəticə olmadıqda, görülən işlər də kölgədə qalır. Qriqorçukla alınmır, bir işartı da görünmür.

Dəyişiklik olmasa, nəticə daha xaotik ola bilər”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Premyer Liqanın 7-ci turunun mərkəzi qarşılaşması - “Qarabağ” -“Neftçi” derbisi (3:0) barədə danışıb.

“Neftçi”də baş məşqçi dəyişikliyinin komandanın xeyrinə olacağını diqqətə çatdıran E. Cəfərov matç barədə əlavə təhlilə ehtiyac olmadığını deyib.

Vurğulayıb ki, paytaxt təmsilçisində futbolçular da artıq təngə gəliblər:

“Hamısının üzündən ümidsizlik yağırdı. Onlar da baş məşqçinin işindən narazıdır.

Bunu görmək üçün Nostradamus olmağa ehtiyac yoxdur”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...