Millinin oyunçusu “Neftçi”nin 1 illik təklifi ilə razılaşmır

1 Mart 2024 20:20 Neftçi 2 040
Millinin oyunçusu “Neftçi”nin 1 illik təklifi ilə razılaşmır

Yayda “Neftçi” ilə müqavilə müddəti başa çatacaq futbolçulardan biri Eddi İsrafilovdur.

2022-ci ilin yanvarında “ağ-qaralar”la 2,5 illik sözləşməyə qol çəkən yarımmüdafiəçinin anlaşması 2024-ci ilin iyununa qədərdir.

Baş məşqçi Miodraq Bojoviç və klub rəhbərliyi Eddinin komandada qalmasında maraqlıdır.

Klubun idman direktoru Yens Andersson Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu ilə bir müddət öncə şəxsən görüşüb.

İsveçli mütəxəssis İsrafilova 2025-ci ilin iyununa qədər nəzərdə tutulan 1 illik müqavilə təklif edib.

31 yaşlı futbolçu bununla razılaşmayıb. Daha doğrusu, azı 2 illik müqavilənin bağlanmasında maraqlı olduğunu deyərək başqa klublardan məhz bu şərt altında təklif aldığını bildirib.

İsrafilov karyerasını “Neftçi”də davam etdirmək istəyirsə, 1 illik şərti ilə razılaşmalıdır. Əks halda yayda iş yerini dəyişməli olacaq.

Eddi İsrafilov “ağ-qaralar”ın şərəfini qoruduğu müddətdə bütün yarışlarda 60 oyunun iştirakçısı olmaqla 7 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR