Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudovun karyerasını Şotlandiyada davam etdirə biləcəyi haqda xəbər yayılıb.
Bu barədə Böyük Britaniya pressası məlumat tirajlayıb.
Bildirilib ki, "Harts" 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Xəbərdə qeyd olunub ki, Mahmudov Edinburq təmsilçisinin opta sahəsindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biridir.
Redaksiyamıza daxil olan son informasiyaya görə, "Neftçi" aparıcı siması ilə vidalaşmağa hazırlaşmır. Bakılılar hazırkı sözləşməsi mövsümün sonunda bitəcək orta xətt oyunçusuna yeni müqavilə təklif edib.
O. bu çağırışa müsbət cavab verərsə, həm 2 il ağ-qara formanı geyinəcək, həm də əvvəlki illərə nisbətən daha çox pul qazanacaq.
Emin Mahmudov 2017-ci ilin yayından "Neftçi"də çıxış edir. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 14 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ

