"Neftçi"nin kapitanı Böyük Britaniya klubuna keçir?

19 Oktyabr 2022 19:20 Neftçi 1 925
"Neftçi"nin kapitanı Böyük Britaniya klubuna keçir?

Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.

Sportinfo,az Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Harts"ln maraq dairəsinə düşüb.

Təcrübəli oyunçu Edinburq təmsilçisinin orta xəttindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biri hesab olunur.

Rusiya futbolunun yetirməsi olan Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisində, 2017-ci ildən isə "Neftçi"də çıxış edir.

O, daha əvvəl Rusiyada "Saturn", Moskva "Spartak"ı, "Krılya Sovetov" və Portuqaliyada "Boavişta" kimi klubların formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?