“Neftçi”nin başı yenə dərddə - 5 nəfərə 1-i də qoşuldu

19 Oktyabr 2022 16:40 Neftçi 1 102
“Neftçi”nin başı yenə dərddə - 5 nəfərə 1-i də qoşuldu

“Neftçi” çempionatın ən gərgin vaxtında zədə epidemiyası ilə üzləşib.

“Ağ-qaralar” nə az, nə çox, düz 6 futbolçunun yoxluğundan əziyyət çəkir.

“Kəpəz”lə hesabat turunun səfər qarşılaşmasında baş məşqçi Laurentsiu Regekampf bir neçə futbolçunun xidmətindən yararlana bilmədi. A

zər Salahlı, Vato Arveladze, Eddi İsrafilov, Azər Əliyev, Mert Çelik zədə səbəbindən oyunu kənardan izləmək məcburiyyətində idi.

Gəncədəki matçdan sonra isə Rəhman Hacıyev də xəsarət alanların sırasına qoşulub.

Klubun mətbuat katibi Rüstəm Allahverdiyevlə söhbətdə zədəlilərin son durumu ilə bağlı məlumat alanda bəlli oldu ki, Eddi İsrafilovla Vato Arveladze hələ bir müddət kollektiv çalışmalardan uzaq qalacaq.

Mert Çelikin də yaxın günlərdə komanda ilə məşq etməyəcəyi dəqiqdir. Azərlərdən – Salahı artıq kollektiv çalışmalarda tər töksə də, Əliyev 1-2 gün ərzində tam gücü ilə məşqlərə qoşulacaq.

Rəhmana gəlincə, MRT müayinəsindən keçən futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağına bu gün aydınlıq gələcək.

Qısası, oktyabrın 23-də “Neftçi”ylə “Sabah” arasında baş tutan turun mərkəzi qarşılaşmasında adı çəkilən 6 futbolçunun meydana çıxacağı inandırıcı görünmür.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti