"Neftçi"yə futboldan anlayışı olan adamlar gətirmək lazımdır"

19 Oktyabr 2022 23:40 Neftçi 1 268
"Neftçi"yə futboldan anlayışı olan adamlar gətirmək lazımdır"

"Qarabağ"a məğlubiyyət (1:3) və "Turan Tovuz"la oyundakı bərabərlik (0:0) "Neftçi"li fanatları qəzəbləndirməyə bilməzdi.

Çempionluq uğurunda oynayan komanda üçün xüsusi ilə debutantla oyunda xal itkisi bağışlanmaz idi.

Ən azından digər debutant - "Kəpəz"lə oyunda qələbə ilə fanatların könlünə yol tapmaq lazım idi. Düzdü, "ağ-qaralar" Gəncə səfərindən qələbə (2:0) ilə qayıtmağı bacardı.

Lakin bununla da tərəfdarları razı salmaq, ən azından qəzəblərin azaltmaq mümkün olmadı.

Çünki meydandakı mübarizə, göstərilən oyun "Neftçi" adına yaraşan deyildi. Hətta Regekampfın yetirmələri 10 nəfərlə qalan rəqibinə qarşı belə diqtə edən tərəf olmağı bacarmadı.

Təbii ki, bütün bunlar fanatların diqqətindən qaçmayaraq, əsəblərini daha da tarıma çəkmiş oldu. Hər halda klubun rəsmi "Feysbuk" hesabında qələbə postuna gələn rəylər bunu deməyə əsas verir:

"Lazım deyil belə qələbə. Əsas rəqiblərə qalib gəlməyəndən, normal oyun göstərə bilməyəndən sonra istəyirsən "Kəpəz"ə 5 qol vur fərq etməz. Bu arada "Kəpəz" daha yaxşı oynadı, sadəcə keyfiyyətsizlik mane oldu".

"Siz buna oyun deyirsiz?".

"Təbriklər, ancaq oyunçular can dərdi oynayır".

"Neftçi"yə futboldan anlayışı olan adamlar gətirmək lazımdır. İndi buna böyük ehtiyac var".

"Bərbad oyun".

"Belə baxıram ki, heç rəhbərlik də "Neftçi"nin uğurun istəmir. 2 ildi "Qarabağ"ı nəinki udmaq, heç-heçə edə bilmirlər. Bir yandan "Sabah"a uduzub, "Turan"la heç-heçə edirlər. Amma nədənsə bunlar çox arxayın şəkildə öz kreslosunda oturub. Mən azarkeş kimi buna yanıb-tökülürəm. Siz isə ordan pul qazanırsız, amma nədənsə olanlar heç vecinizə deyil. Yəqin ki, "Neftçi"nin üçüncü yerə düşməsindən xəbəriniz yoxdur".

"Təbriklər, amma məzmunlu oyun yoxdur".

"Belə oyunla çox qabağa getmək olmaz".

"Nə oyun idi oynadılar? Küçə futboludur elə bil. Necə ki, futboldan anlayışı olmayanlar rəhbərlik edir, belə də olacaq".

"Neftçi"nin tayları Avropa Liqası, Çempionlar Liqası oynayır. "Neftçi" də hələ Misli Liqasında çabalayır. Oynadığı oyun da sıfır".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti