“Neftçi”də ab-hava yaradan adam: “Bəzən gülüb-danışır, bəzən əsəbləşir"

18 Oktyabr 2022 23:00 Neftçi 935
“Neftçi”də ab-hava yaradan adam: “Bəzən gülüb-danışır, bəzən əsəbləşir"

“Lorentsiu Regekampfı həm insan, həm də məşqçi kimi çox bəyənirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

“Ağ-qaralar”ın lideri təxminən 4 aydır komandanın sükanı arxasında dayanan rumıniyalı baş məşqçi haqda danışıb.

Sitat: “Onun diqqətimi çəkən xüsusiyyəti futbolçulara fərq qoymamasıdır. Hamıya eyni diqqət və qayığını göstərir.

Bu, futbolda və məşqçidə olduqca vacib amildir. Məşqləri də özünəməxsusdur, kreativliyi ilə seçilir.

Çətin anlarda komandanın yanında olub toparlamağı, vəziyyətdən çıxış yollarını göstərməyi bacarır. Hər şeyin yerini bilir.

Bəzən gülüb-danışır, bəzən əsəbləşir, iradlarını çatdırır. Yeni baş məşqçimizin haqqında çox söz danışmaq olar”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?