“Neftçi” azarkeşlərin ən çox narazı qaldığı futbolçuya, görün, nə qədər maaş ödəyir!

18 Oktyabr 2022 14:40 Neftçi 2 690
“Neftçi” azarkeşlərin ən çox narazı qaldığı futbolçuya, görün, nə qədər maaş ödəyir!

“Neftçi” nin bu mövsüm sıralarına qatdığı Kenni Sayefə nə qədər pul ödədiyi məlum olub.

ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi ilə 2 il müddətinə müqavilə imzalayan paytaxt təmsilçisi ona hər ay 17 min dollar maaş verir.

Anlaşmaya əsasən, bakılılar azarkeşlərin ən çox narazılıq bildirdiyi 28 yaşlı sol cinah oyunçusuna gələn sezon bundan da artıq əməkhaqqı təyin edəcək.

Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.

O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub. İsrailin aşağı yaş komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ yığmasında isə 4 oyun keçirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti