“Azərbaycan və İsrail çempionatları arasında elə də çox fərq yoxdur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber deyib.
Cari mövsümdən karyerasını ölkəmizdə davam etdirən legioner bildirib ki, İsraildə olduğu kimi, burada da güclü komandalar və çox yaxşı futbolçular var:
“Çempionatda gərginlik hiss olunmaqdadır. Diqqətimi çəkən məqam komandalar arasında səviyyə fərqinin böyük olmasıdır.
Məsələn, İsraildə elədir ki, hansısa ortabab və ya autsayder “Makkabi”ni uda bilər və ya udur. Amma etiraf edim ki, Azərbaycan çempionatında vəziyyət bir az fərqlidir.
Ortabablardan hansısa birinin “Qarabağ”ı, yaxud “Neftçi”ni məğlub etməsi çətin görünür”.

