"Belə oynayacağını gözləmirdik" - Ramil Şeydayev

17 Oktyabr 2022 03:50 Neftçi 2 028
"Belə oynayacağını gözləmirdik" - Ramil Şeydayev

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin dördüncü turunda Bakıda "Olimpiakos"la 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra Ağdam təmsilçisinin hücumçusu Ramil Şeydayev açıqlama verib.

26 yaşlı forvard Yunanıstan klubunun vaxtı uzatdığını deyib:

"Deyəcək sözümüz yoxdur. Rəqib müdafiədən oynadı və boşluqlar vermədi. Oyunun sonlarında isə vaxtı uzadırdılar.

"Olimpiakos"un belə oynayacağını gözləmirdik. Düşünürdük ki, hücum edəcəklər. Cinah müdafiəçiləri belə hücuma çıxmırdı.

Oyun haqda başqa nə demək olar? Bir xal da bizim üçün əhəmiyyətlidir".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?