“Kamranın “Neftçi”yə aidiyyatı yoxdur, getməlidir” – Məşhur sima “OD PÜSKÜRDÜ”!

16 Oktyabr 2022 17:40 Neftçi 2 101
“Kamranın “Neftçi”yə aidiyyatı yoxdur, getməlidir” – Məşhur sima “OD PÜSKÜRDÜ”!

“İdeal olan komanda bu ildən Premyer Liqada iştirak edən “Turan Tovuz”la bərabərə qalmamalıdır.

Bu gün belə komandalardan “evdə” xal ala bilmirsənsə, sabah “Qarabağ”, “Qəbələ”, “Zirə” kimi komandalarla səfər oyunlarında çətin olacaq”.

Bu sözləri ARB24 telekanalında yayımlanan “Oyundan kənar” verilişində həmkarımız Azər İsmayılın qonağı olan Azərbaycan millisinin və “Neftçi”nin sabiq müdafiəçisi Mahir Şükürov deyib.

Ötənlərin məşhur siması vaxtilə şərəfini qoruduğu klubda dəyişikliklərin olmasını vacib sayır. Bunun üçünsə illərdir “Neftçi”nin başında dayanan Kamran Quliyevin klubdan uzaqlaşmalı olduğunu düşünür:

“Neftçi”də düzgün iş getmir. Mənə elə gəlir ki, bunun üçün “Neftçi”də dəyişikliklər olmalıdır. Gətirdikləri legionerlərə baxıram. Vallah, bu yaşda meydana çıxsam, mən onlardan yaxşı oynayaram.

O vaxt uzun müddət futbolsuz qalmışdım. “Neftçi”yə gəldim, 10 gün məşq etdim, çempionatda “İnter”ə (indiki “Şamaxı”) qarşı oynadım və 3:1 hesabı ilə qələbə qazandıq. 1 ildən çox futbol oynamadım, “İnter”i udduq, həmin həftə turun simvolik “11-liy”inə düşdüm.

Kamran (“Neftçi”nin prezidenti Kamran Quliyevi nəzərdə tutur – H.) istefa verib getməlidir. Öz ətrafını yığıb getməlidir.

O Kamranın “Neftçi”yə aidiyyatı yoxdur. Nə qədər ki, Kamran və adamları oradadır, “Neftçi” ancaq çempionatda başını fırladacaq. Qrupa düşmək-filan olmayacaq”.

Mahir Şükürov ayrı-ayrı vaxtlarda “Neftçi”nin formasını geyindiyi 4 mövsüm ərzində ağ-qara formada 104 oyunda 6 qol vurub, 2 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti