Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov yenidən futbola qayıda bilər.
Ölkə futzalının rəhbərinin Premyer Liqa klublarından birində əsas söz sahibi olması gündəmə gəlib.
Belə ki, üst dairələrdə Axundovun “Neftçi”nin prezidenti postunda namizədliyi götür-qoy edilir.
“Ağ-qaralar”ın qeyri-sabit çıxışı, avrokuboklarda heç nə ilə yadda qalmaması Kamran Quliyevin vəzifəsindən kənarlaşdırılması ilə nəticələnə bilər.
Tanınmış iş adamının “Səbail”də əsas söz sahibinə çevrilməsi də söz mövzusudur. Klubun titul sponsoru olan ASCO-nun rəhbərliyi ilə yaxın münasibəti olan Axundova “Səbail”in xilasedicisi gözündə baxılır.
49 yaşlı funksioner 2017-2022-ci illər aralığında “Şamaxı”nın Müşahidə Şurasının sədri postunu tutub. Komanda onun dövründə 2 dəfə ölkə kubokunu və Premyer Liqanın bürünc medalını qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

