Yolu su basdı, "Neftçi"ni daşıyan avtobus 2 saat tıxacda qaldı - VİDEO

16 Oktyabr 2022 10:40 Neftçi 1 733
Yolu su basdı, "Neftçi"ni daşıyan avtobus 2 saat tıxacda qaldı - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Günün ilk matçında "Kəpəz" "Neftçi"ni qəbul edəcək.

Dünən Gəncəyə yollanan paytaxt təmsilçisi problemlə üzləşib. Komandanı daşıyan avtobus 2 saat yolda qalıb.

İş ondadır ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.

Buna səbəb Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəzadır.

Qəza nəticəsində ətraf əraziləri, o cümlədən, Bakı-Qazax avtomagistralını subasma halı baş verib. Nəticədə magistral və əks istiqamətdə uzun tıxaclar yaranıb.

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?