Ardıcıl 2 oyundur qələbəyə həsrət qalan “Neftçi” Gəncə səfərinə hazırlaşır.
Təkcə məşqçi və futbolçu heyəti yox, həm də komandanın əsas azarkeş dəstəsi olan “Forza Neftçi”.
Bu komandalar arasında əzəli rəqabətin olduğunu nəzərə alsaq, qərbin paytaxtında baş tutacaq qarşılaşmada tribunalardakı ab-havanı indidən təsəvvür etmək çətin deyil.
Bir tərəfdə xeyli vaxtdır sevimli komandalarını Gəncədə görmək arzusu ilə alışıb-yanın çılğın gəncəli fanatlar yer alacaq, digər yanda Bakıdan gəlmiş qonaq azarkeşlər.
“Forza Neftçi”nin tribuna fəalı Səccad Abasov Sportinfo.az a açıqlamasında qrup üzvlərinin Gəncə planı ilə bağlı danışıb:
“Təxminən 100 nəfərlə yola çıxacağıq. Uzaq yoldur, tez gedib, gec qayıdacağıq. Əslində Gəncəyə getmək istəyənlərin sayı çoxdur.
Sadəcə işdə olanlar var deyə, hamıda alınmır. Məsafə uzaqlığı və vaxt azlığı mane olur. İstənilən halda 100 nəfərlə “Neftçi”yə lazım olan dəstəyi verəcəyik”.
Oktyabrı 16-da Premyer Liqanın 10-cu turu çərçivəsində baş tutacaq “Kəpəz” – “Neftçi” qarşılaşması saat 15:00-da başlayacaq.
HƏBİB

