"Neftçi" rəhbərliyi yanlış transferlər edib - Zaur Qəhrəmanov belə fikirləşir

15 Oktyabr 2022 20:00 Neftçi 1 032
"Neftçi" rəhbərliyi yanlış transferlər edib - Zaur Qəhrəmanov belə fikirləşir

«Neftçi» rəhbərliyi yayda həyata keçirdiyi transfer əməliyyatlarında ciddi yanlışlıqlara yol verib.

Müşahidə Şurasının aparıcı üzvü Zaur Qəhrəmanov bu barədə klubdaxili toplantıda danışıb.

O bildirib ki, mövsümlərarası fasilədə yeni futbolçuların alınmasına kifayət qədər geniş büdcə ayrılıb, lakin gələnlər bunun qarşılığını vermir.

Onlara hər cür şərait yaratdıqlarını söyləyən Qəhrəmanov qeyd edib ki, komanda ötən mövsümlərdə daha yaxşı təsir bağışlayır və istəkli görünürdü, indi isə bunun tam əksini müşahidə edir.

Hörmətli Zaur bəy vurğulayıb ki, nəticələr onu çox qayğılandırır və müəyyən islahatlar aparmağın vaxtının yetişməsini düşünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?