“Bildiyimə görə, ölkədə “Neftçi”ni sevənlərin sayı çoxdur“ – İsrailli legioner

15 Oktyabr 2022 21:20 Neftçi 1 066
“Bildiyimə görə, ölkədə “Neftçi”ni sevənlərin sayı çoxdur“ – İsrailli legioner

“Bildiyimə görə, ölkədə “Neftçi”ni sevənlərin sayı çoxdur“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin yarımmüdafiəçisi Ataa Caber deyib.

İsrailli legioner bildirib kt, azarkeşlərin onlardan gözləntiləri böyükdür:

“İlk növbədə bizə verdikləri dəstəyə görə hər birinə təşəkkür edirəm. Həmişə olduğu kimi, derbidə -“Qarabağ”la görüşdə də möhtəşəm idilər, inanılmaz dərəcədə fəal görünürdülər.

Bu il azarkeşlərimizlə birgə unudulmaz mövsüm keçirmək istəyirik. Bunu avrokubok qarşılaşmalarında da gördük.

Çox istərdim ki, oyunlarımız zamanı stadionu doldursunlar, bizə dəstək versinlər, biz də onlardan motivasiya alaq. İstənilən halda hər birinə təşəkkür edirəm“.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?