"Neftçi"nin forvardı Qodsvey Donyonun 28 yaşı tamam olub.
Bu barədə klubun rəsmi "feysbuk" hesabından qanalı oyunçuya təbrik postu ünvanlanıb.
Gözləmək olardı ki, adminin təbrik paylaşımına "ağ qaralı" tərəfdarlar da qoşulacaq.
Amma rəyləri oxuyanda tam başqa mənzərə adamı qarşılayır. Azarkeşlər arxada qalan 9 turda elə də parlaq çıxış etməyən və aktivində yalnız 2 qol olan forvardı sanki təndiq etməyə məqam, ünvan axtarırlarmış.
Ki, bir neçə izləyicinin təbriki fonunda əksəriyyət xoş günündə Donyonu "ağ yuyub, qara sərib":
"Bezerra, Maçado bundan güclü idi".
"Bu oyunçu ofsayda doğulub, ofsaydan çıxa bilmir".
"Bu, heç oyunçu deyil. "Neftçi"nin transfer siyasətin apar tulla".
"Allah qoysa, o gün olsun 29 yaşını başqa yerdə qeyd eləsin".
"28 qramlıq keyfiyyəti yoxdur".
"Qol vura bilməyən hücumçunun nəyini təbrik edək? "Neftçi"yə belə hücumçu lazım deyil. Kamran pul qazanır, komanda batıb gedir. Təbrik edənlər öz mədəniyyətin göstərir. Amma lazım deyil buları böyütmək".
"Təbriklər, amma bir qəpiklik oyunçu deyil. Ona verilən pulun üstünə bir az da qoyub yaxşı hücumçu almaq olardı".
"Təbrik edirəm! Qollar vur. Qollar vura bilmirsənsə sənin "Neftçi"də nə işin var?".
XANOĞLAN / SPORTİNFO.AZ

