Derbi öncəsi "Neftçi"də ZƏDƏ ŞOKU - SON DƏQİQƏ

15 Oktyabr 2022 09:40 Neftçi 1 074
Derbi öncəsi "Neftçi"də ZƏDƏ ŞOKU - SON DƏQİQƏ

Bu həftə Azərvaycan Premyer Liqasında tarixi derbi var. Belə ki, "Kəpəz" doğma meydanda əzəli rəqibi "Neftçi"ni qəbul edəcək.

Matç həm də qərb təmsilmisinin bu mövsüm ilk dəfə yerli publika önündə oynaması ilə yadda qalacaq.

Matça bir gün qalmış qonaqların düşərgəsində şok yaşanıb. Son məşqdə komandanın bir neçə futbolçusu zədə alıb.

Söhbət Voislav Stankoviç, Rəhman Hacıyev, Qodsvey Donyo və Kenni Sayefdən və Ömər Buludovdan gedir.

Adları çəkilən futbolçularda müxtəlif mikro zədələr aşkarlanıb. Onların tarixi derbidə iştirakı sual altındadır. Yekun qərar oyun günü veriləcək.

Daha əvvəldən isə Eddi İsrafilov, Azər Əliyev, Vato Arveladze, Sezar Meza Kolli və Azər Salahlının zədə səbəbindən qarşılaşmanı buraxacaqları məlum idi.

"Kəpəz" - "Neftçi" oyunu sabah, saat 15:00-da Gəncə şəhər stadionunda keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti