Zaur Qəhrəmanov “Neftçi”nin 4 legionerini ayağa qaldırdı və… GƏRGİN İCLAS

14 Oktyabr 2022 13:00 Neftçi 1 726
Zaur Qəhrəmanov “Neftçi”nin 4 legionerini ayağa qaldırdı və… GƏRGİN İCLAS

“Neftçi”nin 4 legioneri klubun əsas rəhbərəi tərəfindən danlanılıb.

Sportinfo.az bu barədə paytaxt təmsilçisindən məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov komandaxili toplantıda bununla bağlı narazılığını dilə gətirib.

O, Yusuf Lavalla yanaşı, yayda transfer olunan Kenni Kayef, Solomon Kverkveliya və Qodsvey Donyonu sərt formada tənqid edib. Şura üzvləri əcnəbi futbolçuları bir-bir ayağa qaldıraraq, zəif təsir bağışlamalarının səbəbini soruşub.

Maraqlıdır ki, legionerlərin heç biri Qəhrəmanovu qane edən cavab verməyib. Hörmətli Zaur bəy bildirib ki, son transfer çalışmaları onu razı salmır və yeni gələn legionerlər komandanın gücünə güc qatmayıb.

Ümumiyyətlə, o, komandanın bu mövsüm Premyer Liqada çempionluq qazanacağına ümidsiz yanaşır. Klubun əsas rəhbər şəxsi ilk dövrədə qeydə alınan nəticələri kafi qiymətləndirib.

O, “Əvvəl “Qarabağ”dan geri qalırdıq, indi isə “Sabah” bizi qabaqlayır. Heç olmasa, onlara uduzmayaq” ifadəsini işlədib.

«Neftçi» Premyer Liqanın ikinci dövrəsinin ilk turunda «Kəpəz»in qonağı olacaq. Oktyabrın 16-da Gəncədə keçiriləcək qarşılaşma bakılılar üçün hər mənada böyük əhəmiyyət daşıyır.

Son iki turda 5 xal itirən «ağ-qaralar» çempionluq yarışında «Qarabağ» və «Sabah»ın gerisinə düşüb. Bundan dolayı klubda söz sahibi olan şəxslər kollektivə təzyiq göstərir.

Zaur Qəhrəmanov idarəçilərə sərt xəbərdarlıq edib. Klubdaxili iclas keçirən patron bildirib ki, uğursuz gedişata Gəncədə son qoyulmasa, ciddi addımlar atacaq.

O, «ciddi addımlar» deyəndə nəyi nəzərdə tutduğunu açıqlamasa da, qeyd edib ki, mənfi göstəricilər səbr kasasını daşırıb və müəyyən islahatların aparılmasına ehtiyac duyur.

Derbidə «Qarabağ»a 1:3 hesablı məğlubiyyətdən, ardınca evdə «Turan Tovuz»la qolsuz bitən matçdan danışan Z.Qəhrəmanov klubun prezidenti Kamran Quliyevlə idman direktoru Zaur Əzizovun ünvanına tənqidi fikirlər səsləndirib.

Şura üzvü əsasən Z.Əzizovun üzərində dayanıb, işinin öhdəsindən gəlməməsinə bir neçə eyham vurub.

Komandanın nəticilərinə görə məsul şəxs kimi idman direktorunu göstərən hörmətli Qəhrəmanov qeyd edib ki, son oyunlar «Neftçi»ni Premyer Liqada qızıl medal uğrunda mübarizədən uzaq qalmasını göstərir və bunda yayda aparılan transfer siyasətinin «pay»ı böyükdür.

Yeni gələn legionerlərin özünü doğrulda bilmədiyini vurğulayan Zaur bəy vəziyyətin belə çox davam etməyəcəyini açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti