Öncə ümid verib, sonra yoxa çıxan "Neftçi"li legioner kimdir?

14 Oktyabr 2022 19:40 Neftçi 1 505
Öncə ümid verib, sonra yoxa çıxan "Neftçi"li legioner kimdir?

“Neftçi”nin yayda heyətinə qatdığı legionerlərdən biri də Qodsvoy Donyo oldu.

Konfrans Liqasının AEK-lə ilk rəsmi matçında (0:2) 90 dəqiqə meydanda olan, ciddi nə iləsə yadda qalmayan oyunçu ciddi tənqidlərlə üz-üzə qalmışdı.

Cavab matçında komandası kimi o da tərəfdarlara sevinc bəxş etmişdi. Belə ki, vurduğu ilk qolla həm “Neftçi” formasında siftəsini gerçəkləşdirmiş, həm də tərəfdarlara parlaq gələcəyin mesajını vermiş olmuşdu.

Düzdü, Konfrans Liqasının ikinci mərhələsinin “Rapid”lə oyunlarında qanalı forvard yenə susqunluğu ilə diqqət çəkdi. Amma Premyer Liqanın startı onun üçün çox əla start götürdü.

Birinci turun “Şamaxı” ilə səfər görüşündə baş məşqçinin istirahət verdiyi oyunçu sonrakı 3 turda komandasının ən yaxşılarından olduğunu deyə bilərik.

İkinci turun “Kəpəz”lə duelində (5:2) 12 dəqiqə onun üçün bəs etdi ki, liqamızda ilk qolunu vursun. Amma 28-ci dəqiqə narahatlıq hiss etdiyi üçün əvəzlənməli olmuşdu.

Ardınca “Sabah”la oyunda (1:2) 90 dəqiqə meydanda olan futbolçu komandasının yeganə qolunun asistini etməklə yadda qalmağı bacarmışdı.

Donyonun ən yaxşı oyunlarından birini 4-cu turun “Zirə” ilə olan matç (2:1) olduğunu deyə bilərik. Qarşılaşmada hesabı açan hücumçu ikinci qolun da ötürməsini etməklə “ağ qaralar”a vacib 3 xal qazandıra bilmişdi.

Düşünmək olardı ki, ilk 3 Premyer Liqa matçında 2 qol, 2 asistlə yadda qalan legioner gələcək oyunlarda “Neftçi”yə daha çox faydalı olacaq.

Amma hər şey məntiqli ehtimalın tam tərsinə oldu.

Belə ki, sonrakı 5 turun 4-də meydanda olan forvard heç nə ilə yadda qalmayıb. "Səbail"lə oyunu zədə səbəbindən buraxan Donyo ümumilikdə 306 dəqiqədir meydanda nə qol vura bilir, nə də asist edir.

Belə gedişat onun yaydakı uğursuz transferlər siyahısının başında gəlməyə doğru iri addımlarla aparır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti