"Neftçi"nin şefi irad tutdu - Nizam-intizam yarada bilmirsiz

13 Oktyabr 2022 11:00 Neftçi 1 028
"Neftçi"nin şefi irad tutdu - Nizam-intizam yarada bilmirsiz

«Neftçi»nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov klubun idman direktoru Zaur Əzizov və baş məşqçi Lorentsiu Regekampfa ciddi irad tutub.

Sportinfo.az bu barədə paytaxt təmilçisindən məlumat əldə edib.

O, komandada nizam-intizamın aşağı səviyyədə olduğunu bildirib.

İsmayıl Zülfüqarlı ilə Solomon Kvirkveliyanın müvafiq olaraq «Qarabağ» və «Turan Tovuz»la matçlardan sonra əvəzlənmələrinə kəskin etiraz etmələrini nümunə çəkən Zaur bəy bunu «yolverilməz hal» adlandırıb.

«Neftçi»nin bir nömrəli fiqurantı qeyd edib ki, əksər futbolçular hansı klubun formasını geyinməsindən xəbərsizdir və dəyərlərə diqqət yetirməlidir.

O, intizam kodeksinin daha da sərtləşdirilməsi, idmançıya yaraşmayan hərəkətlərə yol verən oyunçuların böyük məbləğdə cərimələnməsini tapşırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti