"Neftçi"nin baş məşqçisindən hesabat tələb olundu,  futbolçuları pislədi

12 Oktyabr 2022 16:00 Neftçi 1 520
"Neftçi"nin baş məşqçisindən hesabat tələb olundu,  futbolçuları pislədi

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekamfp komandanın qeyri-sabit mövsüm keçirməsinin «səbəbkarlar»ını tapıb.

Rumıniyalı bu barədə klubdaxili toplantıda danışıb.

Dörd aydır «ağ-qaralar»ı çalışdıran Regekampf ümumi durum barədə Müşahidə Şurasının əsas fiqurantı Zaur Qəhrəmanova hesabat verib.

Bir müddət əvvəl keçmiş həyat yoldaşı Anamariya Prodanla qalmaqal yaşayan, dava-dalaşın görüntüləri mediada yayılan və bununla reputasiyası tamamilə korlanan sükançı iddia edib ki, o, üzərinə düşən işi lazımı səviyyədə görür.

Qəhrəmanovun Premyer Liqanın son həftələrində qeydə alınan mənfi nəticələri ilə bağlı iradları qarşısında çaşbaş qalan baş məşqçi deyib ki, futbolçular verdiyi tapşırıqları istədiyi kimi yerinə yetirmir.

Rege onu da bildirib ki, istər yerli, istərsə də legionerlər arasında peşəkarlıq meyarlarına cavab verməyən oyunçular var və onlarla müsbət nəticələr qazanmaq müşkül məsələdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti