"Neftçi"də təcili iclas – Zaur Qəhrəmanov narazılıq etdi, idman direktorunu danladı

11 Oktyabr 2022 23:40 Neftçi 1 408
"Neftçi"də təcili iclas – Zaur Qəhrəmanov narazılıq etdi, idman direktorunu danladı

Premyer Liqanın son 2 turunda uğursuz nəticələr əldə edən «Neftçi»də təcili toplantı keçirib.

Bu barədə paytaxt klubundan Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, iclasın keçirilməsi tələbi Zaur Qəhrəmanovdan - Müşahidə Şurasının aparıcı üzvündən gəlib. Elə yığıncağı da adını çəkdiyimiz şəxs idarə eləyib.

Derbidə «Qarabağ»a 1:3 hesablı məğlubiyyətdən, ardınca evdə «Turan Tovuz»la qolsuz bitən matçdan danışan Z.Qəhrəmanov gedişatdan narazılığını kəskin formada bildirib.

O, klubun prezidenti Kamran Quliyevlə idman direktoru Zaur Əzizovun ünvanına tənqidi fikirlər səsləndirib. Şura üzvü əsasən Z.Əzizovun üzərində dayanıb, işinin öhdəsindən gəlməməsinə bir neçə eyham vurub.

Komandanın nəticilərinə görə məsul şəxs kimi idman direktorunu göstərən hörmətli Qəhrəmanov qeyd edib ki, son oyunlar «Neftçi»ni Premyer Liqada qızıl medal uğrunda mübarizədən uzaq qalmasını göstərir və bunda yayda aparılan transfer siyasətinin «pay»ı böyükdür.

Yeni gələn legionerlərin özünü doğrulda bilmədiyini vurğulayan Zaur bəy vəziyyətin belə çox davam etməyəcəyini açıqlayıb.

Ümumiyyətlə, məşqçi korpusunun və futbolçuların iştirakıyla keçirilən toplantıdan bir çox maraqlı məlumatlar əldə etmişik.

Onları oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bilirik. Gözünüz və qulağınız bizdə olsun…

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti