Məhkəmədən "Neftçi"nin baş məşqçisi barədə qərar – 200 metr uzaq gəz!

12 Oktyabr 2022 01:20 Neftçi 883
Məhkəmədən "Neftçi"nin baş məşqçisi barədə qərar – 200 metr uzaq gəz!

Rumıniyada "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf və onun keçmiş həyat yoldaşı Anamariya Prodan arasında cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sportinfo.az "fanatik.ro"ya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən tərəflər bir-birindən minimum 200 metr aralı gəzməlidi.

Regekampf ilə bağlı qərar 4, Prodanla bağlı qərar isə iki ay qüvvədə qalacaq. Onlar bir-biri ilə nə telefon, nə poçt, nə də digər şəkildə əlaqə qura bilərlər.

Rumıniyanın Snaqov küçəsində Regekampfla keçmiş həyat yoldaşı arasında insident baş vermişdi. Tərəflər 15 illik evlilikdən sonra ötən ilin yayında ayrılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?