"Neftçi"də ANARXİYA – Daha bir futbolçudan qalmaqallı hərəkət - VİDEO

11 Oktyabr 2022 10:40 Neftçi 1 464
"Neftçi"də ANARXİYA – Daha bir futbolçudan qalmaqallı hərəkət - VİDEO

Lorentsiu Regekampf necə baş məşqçidir ki, oynayan futbolçusu da, oynamayan futbolçusu da ondan narazıdır.

Meydanda olan da, olmayan da ona sifət turşudur.

Solomon Kvirkveliyanın Premyer Liqanın ilk dövrəsinin son – 9-cu turunun «Turan Tovuz»la qolsuz bitən oyunun 81-ci dəqiqəsində Yeqor Boqomolski ilə əvəzlənərkən, texniki zonaya tərəf hansı hərəkət elədiyini gördüzmü? Görməyən varsa, buyursun, izləsin.

Gürcüstanlı müdafiəçinin reaksiyası ilə cavan İsmayıl Zülfüqarlının reklam lövhəsinə təpik atmasını bir tutmayaq. Aradakı fərq çox böyükdür, dyeilmi?

Birinin gənc, birinin yaşlı olmasına görə yox.

Solomon daha pisini etdi - hirslə yerə tüpürməklə. Öz-özünə deyinməklə. Əlini gicgahına tərəf aparmaqla. O, bütün bunları çox qabarıq şəkildə etdi.

Biz neçə vaxtdır boş yerə söyləmirdik ki, «Neftçi»də ab-hava ağırdır, gərgindir, bərbaddır. Budur, yavaş-yavaş üzə çıxır hamısı. Göz qabağında olan mənzərə, əlbəttə, «Neftçi» adına utancvericidir.

Sonu olmayacaqmı? Regekamfp nə qədər texniki zonada əyləşəcək, belə də davam edəcək. Qarşılıqlı hörmət itib, «körpülər» yanıb. Rumın rəsmən batırır «Neftçi»ni.

Ağsaqqalı, qarasaqqalı, lideri olan komandada belə hallar tez-tez təkrarlanmaz. Uzağı, bir dəfə olar, ardı gəlməz. «Neftçi»də tam əksidir, çünki nizam-intizam sıfır həddindədir, plintusun altındadır.

KAMİL

Bu linkə daxil olun, qalmaqallı videonu izləyin:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti