"Neftçi"lilər qəhrəman şəhidinə bu cür böyük ehtiram göstərdi - VİDEO+FOTOLAR

11 Oktyabr 2022 20:00 Neftçi 874
"Neftçi"lilər qəhrəman şəhidinə bu cür böyük ehtiram göstərdi - VİDEO+FOTOLAR

"Neftçi"nin ən böyük azarkeş qrupu olan "Forza Neftçi" şəhid baş leytenant Teymur Məcidzadənin ailəsin ziyarət edib.

Fanat qrupunun qatı "Neftçi" azarkeşi olan şəhid Məcidzadənin ailəsinə baş çəkmə səbəbi onun və anası Yasəmən xanımın dünən doğum günü olmasıdır.

Azarkeş qrupunun üzvləri Yasəmən anaya böyük gül dəstəsi verərək onu təbrik ediblər.

Göstərdikləri diqqətə görə şəhid anası Teymurun tribuna dostlarına təşəkkür edib.

Sonra çay süfrəsində qəhrəman şəhidimizin döyüş yolundan və tribuna həyatından söhbət edilib.

Vətən Müharibəsində Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğurunda gedən döyüşlərdə fəal iştirak edən Teymur noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyev tərəfindən Teymur Məcidzadə ölümündən sonra "Vətən Uğurunda", Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunub.

Sonda "Neftçi"li fanatların alqışa layiq addımını özündə əks etdirən video və fotoları sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Videonu bu linkə daxil olaraq izləyin:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti