"Neftçi" şok itki ilə üz-üzə qalıb.
Belə ki, komandanın zədəli futbolçusu Eddi İsrafilovun durumu gözləniləndən də ciddir.
Daha əvvəl son turun "Turan Tovuz"la baş tutan oyunun (0:0) buraxan yarımmüdafiəçinin qarşıdakı tur "Kəpəz"lə oyun üçün olmasa da növbəti matça kimi düşərgəyə qayıtması gözlənilirdi.
Çünki 30 yaşlı oyunçunun zədəsi ağır deyilmiş. O, Millətlər Liqasında Qazaxıstana qarşı oyunun 45-ci dəqiqəsində özünü yaxşı hiss etmədiyi üçün yerini Aleksey İsayevə verməli olub.
Kluba zədəli qayıdan oyunçunu Regekampf riskə gedərək "Qarabağ"la derbidə (1:3) 90 dəqiqə meydanda saxlayıb.
İsrafilovun vəziyyətinin daha da pisləşməsinə məhz baş məşqçinin bu qərarı birbaşa təsir göstərib.
Yaxşı formada olan, hazırda "ağ qaralar"ın önəmli oyunçularından hesab olunan futbolçunun ən yaxşı halda gələn ayın ortası geri qayıtması ehtimal olunur.
XANOĞLAN / SPORTİNFO.AZ

